Dünyanın ən məşhur treyderlərindən biri olan Bill Vilyamsın birja ticarətinə münasibəti “klassik” texniki analizdən kəskin fərqlənir. Vilyams bazara xaos qanunları ilə inkişaf edən təbii hadisə kimi yanaşmağın tərəfdarıdır. Onun fikrincə, xaosun öz qanunları var ki, bunları ənənəvi statistik metodlarla təsvir etmək mümkün deyil. Xaos özü heç də nizamsızlıq deyil, əksinə, nizamın daha yüksək mərhələsidir.
Bu tezislərə əsaslanaraq, Bill Vilyams özünün xüsusi ticarət sistemini yaradıb. Bu sistem son illərdə dünyada treyderlər arasında xeyli nüfuz qazanıb. Həmin sistemin xüsusi indikatorları da var.
İnforex”in təqdim etdiyi kurs “Forex”də iş təcrübəsi olan, amma özünün bu sahədəki təsəvvürlərini daha da genişləndirmək istəyən treyderlər üçün nəzərdə tutulub.
Kursun çərçivəsində bu mövzular öyrədilir:
“Xaos nəzəriyyəsi”nin mahiyyəti və onun birjalarda tətbiqi
Bazarın fraktal strukturu
Bill Vilyamsın təqdim etdiyi bütün indikatorlarla (“Alliqator”, “AO”, “MFI” və s.) işləməyin qaydaları
“Balans xətti” və onun müəyyənləşdirilməsi
Vilyamsın ideyalarına əsasən ticarət sisteminin qurulması
Trendləri aşkarlamağın yeni metodu
Psixoanaliz
Psixoanaliz – birja vəsiz, bazara uyğunluğunuz, özünə inam, fraktal, həndəsəsi, xaos nəzəriyyəsi, bazarın anlanılması, bədən strukturunuzun ticarətinizə təsiri, özünü aldatma.
Təhsil Müddəti: 4 Həftə
Qiyməti: Fərdi Şəkildə 300 AZN, Qrupda 200 AZN
Yazılmaq üçün on-line formanı doldurun, ya da (012) 437 53 23, 436 7844, (070) 985-00-25 saylı telefonlara zəng edin.