İNFOREX HAQQINDA

  • Əsas
  • /
  • İnforex Haqqında

Inforex Şirkəti 2005-ci ilin martında yaradılıb. Özəl treninq və konsaltinq şirkəti olan İnforex treyderlərin peşəkar hazırlığı istiqamətində fəaliyyət göstərir.

İnforex-in qurucusu treyderlər, analitiklər, riyaziyyatçılar və proqramçılar kollektividir. Biz keyfiyyətli və peşəkar broker xidmətinin nə olduğunu yaxşı bilirik və təcrübəmizlə Sizinlə bölüşməyə hazırıq. Biz ancaq özümüzün istifadə etdiyimiz metodları və xidmətlər haqqında məlumat veririk. Peşəkar treydinqlə “sıfırdan” məşğul olmaq istəyən hər kəsə yüksək səviyyədə xidmət göstərməyə hazırıq.

Biz işimizin səviyyəsi ilə fəxr edirik. Əminik ki, müştəriyə ünvanlanmış fəaliyyətimiz və çalışdığımız sahəyə yüksək səviyyədə bələd olmağımız Sizə həm bu gün, həm də gələcəkdə keyfiyyətli konsaltinq xidməti göstərməyimizə imkan verəcək.