
Uorren Baffet
Birinci qayda : Pul itirmə !
İkinci qayda : Heç vaxt birinci qaydanı unutma !
Cim Ron
Nayisə düzgün etme öyrənməyim yollarından biri evvelce onu yanlış etməkdir


Robert Kiyosaki
Əgar varlanmaq istəyirsənsə , risk etməyi bacarmalısan . Investor olmağı öyranl
Edvin Lefevr
Bəzən ağıllı - başlı insanların necə məsləhət axtardıqlarını görmək çox mazəli olur . Məsləhət verənlər isə öz xidmətlərinin keyfiyyətindən narahat olmaya bilərlər - çünki axtaranların təkcə doğru və faydalı yox , istənilən məsləhətə ehtiyacı var . Əgər bu məsləhət uğur gətirərsə , lap yaxşı ! Əgər gətirməsə , ümidlər növbəti məsləhətə bağlanacaq ... Yarımçıq qələbələrin öyrətdiyi təcrübə məğlubiyyətin verdiyi dərsdən heç də az ibrətamiz deyil ... " Birja oyunçusunun xatirələri "


Corc Soros
Maliyyə bazarları ozlüyündə real dünyadakı hadisələrdən xəbər verən qeyri - mükəmməl mexanizmlər kimi fəaliyyat göstərirlər . Həmişə əsas gözləntilər ilə hadisələrin real inkişafı arasında zidiyyətlər ortaya çıxır . Maliyyə sahəsində uğur qazana bilmək üçün real dünyadakı dəyişiklikləri proqnozlaşdırmaqdan daha çox , əsas gözləntiləri duymaq bacarığı tələb olunur . " Maliyyə Kimyagərliyi
Aleksandr Elder
Siz birja oyununda ancaq o zaman uğur qazanmağa başlayacaqsınız ki , ona ciddi , intellektual iş kimi yanaşasınız . Emosiyalara əsaslanan oyun faciali qurtarır . " Maliyyə Kimyagərliyi "


Uilyam F. Şarp
Idman oyunlarının nəticəsinə pul qoymaqla qiymətli kağızlara investisiya yatırmağın arasında maraqlı bənzərlik var . Bunların hər ikisi üçün başlanğıc vəsait olmalıdır və hər ikisinin gətirəcəyi gəlir qeyri - müəyyəndir . Bundan başqa , yayılan xəbərlər dərhal hər iksinin qiymətinə təsir göstərir . " Investisiyalar "
Ralf Vins
Işin " Yaxşı olacağına ümid et " hissəsinin öhdəsindən gəlmək çox asandır . Pis variantlara hazırlaşmaq isə psixoloji cəhətdən çətindir . Ona görə də , treyderlərin çoxu sadəcə olaraq , bu haqda düşünməməyə çalışırlar . " Kapitalın riyazi idarəçiliyi "


Corc Soros
Sənin haqlı və ya haqsız olmağının heç bir mənası yoxdur . Önəmli olan yalnız budur ki , Sən haqlı olanda nə qədər qazanır , yanılanda isə nə qədər itirirsən .
Robert Slayter
Sorosun xoşladığı bir fikir var : " Əgər oyun alınmırsa , dərhal oyundan çıxın . İtkiləri dərhal qaytarmağa ç alışmayın . Yeni oyuna başlayanda isə xırda - xırda başlayın " " Soros . Dünyanın ən böyük investorunun hayatı , fəaliyyəti və işgüzar sirrləri "


Jon Merfi
Mən israrla təkid edirəm ki , qiymətin arzuolunmaz hərəkətindən sığortalanmaq üçün stop - orderlardan istifadə olunsun . Amma həmin " stop - loss " amrini harada qoymaq lazım gəldiyini müəyyənləşdirmək böyük məharət tələb edir . " Fyüçers bazarlarının texniki analizi ".
Ron Rubin
Əgər Siz sevdiyiniz işlə məşğul olsanız , bir gün olsun bela , başqalarına işləmək məcburiyyətində qalmayacaqsınız.


Larri Villiams
Siz nə qədər ki , uğurlu əməliyyatları daha çox saxlamağı öyrenmemisiniz , böyük pullar qazana bilməyəcəksiniz . Uğurlu əməliyyatları nə qədər çox saxlasanız , mənfəət götürmək potensialınız da bir o qədər artacaq . Görülən işin növündən asılı olmayaraq , pul qazanmağı öyrənmək üçün vaxt tələb olunur .
Viktor Niderhoffer
Bütün peşəkar oyunçular - bəziləri tez , bəziləri gec , bəziləri isə müntəzəm şəkildə tam müflisləşmə ilə üzləşməli olurlar . Bunun sababi onların hatta udmaq ehtimalı şübhəli olanda belə , son qəpiyə kimi hər şeyi oyuna qoymalarındadır ... Əslində elə həyatın özünə də spekulyasiyalar silsiləsi kimi yanaşmaq olar . Bu oyunlarda uğur qazanmaq üçün Siz ən azı altı amilin arasında tarazlıq yaratmalısınız : ilkin kapital , sövdələşmənin hacmi , komissiya xərcləri , oyunun özünün dəyişkənliyi , davamlığı və ondan nə zaman çıxmaq lazım gəlmasi . " Birja spekulyanti universiteti "
