Siz yeni sənət öyrənmək qərarına gəlmisiniz ? Bəs siz bilrisiniz treyder kimdir və nə ilə məşğul olur, öz pulllarını necə qazanır ?

Treyder ingilis dilində ticarətlə məşğul olan şəxs-tacir deməkdir. Böyük hesabla treyderin işi, misal üçün, geyim mağazasının işindən heç də fərqlənmir. Mağaza sahibi treyderlə eyni sualları həll edir: hazırda nə ilə ticarət aparmaq olar ( «xəzlərin» yayda satılması, payızın ikinci yarısındakı satışdan dəfələrlə az mənfət gətirər), alıcılar tərəfindən nə daha maraqla qarşılanır, daha çox gəlir əldə etmək üçün əmtəəni nə vaxt almaq lazımdır və s. Yəni treyder və mağaza sahibi gəliri eyni yolla əldə edirlər. Onların hər ikisinin gəliri alış və satış qiymətləri arasındakı fərqdən əldə edilir.

Onlar müxtəlif əmtəələrlə ticarət aparsalar da,hər ikisini eyni məqsəd birləşdirir:

Ucuz alıb baha satmaq.

Treyderin faktiki işi aktivləri ucuz alıb -baha satmaqdan ibarətdir. Aktiv dedikdə, -valyuta; -qiymətli kağızlar; -opsionlar; -qiymətli metallar; -dünyada tələbə malik olan mallar-neft, buğda və s. nəzərdə tutulur.

Amma onları tək bu birləşdirmir. Onları həmçinin gəlirə görə məsuliyyət daşıması da birləşdirir. Treyder hər bir sahibkar kimi özü üçün işləyir və öz pulları ilə risk edir. Treyder sahibkar kimi uğura deyil öz biliklərinə, peşəkarlığına və şəxsi nizam intizamına əsaslanır.

 

Treyder necə işləyir

Əvvəllər treyderlər öz qərarlarında daha çox qəzetlərdəki məlumatlara və şaiyələrə əsaslanır və özləri qrafik çəkirdilər. Bu gün kompüterlər və internet mövcud olduğu üçün treyder evdən çıxmayaraq informasiya ala bilər, kompüter proqramları isə onları qrafik çəkməkdən azad edib.

– ayrı ölkələrin maaliyyə vəziyyətləri barədə məlumatlar ,açıqlanan zaman saytlarda dərc edilir .

– kompüter proqramları nəinki bizim əvəzimizdən qrafiklər çəkir,həmçinin texniki və dalğa analizi üçün vacib olan alətləri qrafikə əlavə etməyə imkan yaradır.

– internet sayəsində bizim əmrlərimiz harda yerləşməyimizdən asılı olmayaraq anında yerinə yetirilir.

– maaliyyə bazarlarının inkişafı istənilən şəxsə kiçik kapitalla olsa da treyder olmağa imkan verir.

Qeydiyyat üçün online forma : (“Əsas Kurs (qrupda) – Ödənişsiz” seçin)

E-mail-ınızı göstərərək, Siz imtina etmək imkanı ilə, keçirdiyimiz aksiyalardan, endirim kampaniyalardan və tədris tədbirlərindən bəhs edən şirkətin xəbərlərini almağa razılıq vermiş olursunuz.