ASK – Alış əməliyyatının həyata keçirildiyi təklif qiyməti

BİD – Satış əməliyyatlarının həyata keçirildiyi tələb qiyməti

COMİSSİON – (komisyon) müştərinin sifarişi ilə əməliyyatın həyata keçirilməsi üçün brokerin bir agent kimi haqqı

FLAT (SQUARE) – (Bağlamaq) bütün pozisiyalar bağlananda neytral vəziyyət

GTC (Good Till Cancelled) – (ləğv edilənə qədər qüvvədədir) gözləyən orderi. Bu,müştərinin hazırki qiymətdən fərqli yerdə seçilmiş alış və ya satış orderidir.Order yalnız o halda aktivləşir ki,qiymət həmin səviyyəyə çatsın və bu an treyderin orderi açmaq üçün kifayət qədər vəsaiti olsun.

LİMİT ORDER – (limiti təyin edilmiş order) alətin və aktivlərinin həcminin göstərilmiş qiyəmətə və ya ondan da aşağı qiymətə müəyyən lotla alışına, yaxud göstərilmiş qiymətə və ya ondan yuxarı qiymətə müəyyən lotla satışına brokerə verilən əmrdir (orderdir). Göstərilmiş qiymət limiti təyin edilmiş qiymət (limit price) adlanır

LOSS – (itki, ziyan) həyata keçirilmiş əməliyyatlar nəticəsində investisiya yatırılmış aktivlərin həcminin azaldılması və ya əməliyyatlardan əldə edilmiş gəlirlərə əməliyyatların həyata keçirilməsinə sərf olunan xərclərin artırılması

LOT – bazarda müəyyən alətlər üzrə əməliyyatlar həyata keçirmək üçün aktivlərin məcmusu və ya müəyyən kəmiyyət vahidi (adətən lotda həcmin kəmiyyət vahidi 100-ə bölünəndir)

MARGİN – (marja, təminat) investisiyaların həyata keçirilməsi üçün ssudanın təminatında investorun brokerdə depozitə qoymalı olduğu müəyyən qiymətli kağız və ya pul məbləğidir. Bu nəğd məbləğ – investorun marja hesabında marja ticarətində baş verə biləcək mümkün itkilərin ödənişini təmin edən girov və ya təminatdır.

MARGİN ACCOUNT – (marja hesabı) əməliyyatların həyata keçirilməsi üçün müştərinin broker/dillerdən əldə etdiyi ssuda hesabıdır.

MARGİN CALL – əlavə təminatın verilməsi üçün tələb. Marjanın məbləği mövcud firmada və ya birjada təyin olunmuş minimal səviyyədən aşağı olanda maliyyə əməliyyatlarının həyata keçirilməsindən ötrü brokerdə depozitə pul yatırılması üçün müştəriyə tələb.

MARKET ORDER (bazar orderi) ticarət alətlərinin və aktivlərinin həcminin müəyyən lotla alış və ya satış əmrlərinin broker tərəfindən əmrin daxil olduğu an mümkün qədər daha yaxşı qiymətlə həyata keçirilməsidir.

MARKET PRİCE – (bazar məzənnəsi) müəyyən bazar aləti üzrə açıq bazar şəraitində alıcıların və satıcıların dinamik dəyişən qiymətləridir. Birja şəraitində – sonuncu dəfə elan olunmuş satış qiymətidir.

OFFER – Satıcı tərəfindən təklif olunan qiymət. Müəyyən qiymətə satmağı təklif etmək.

OPENED POSİTİON (TRADE) – (açıq pozisiya) natamam əməliyyatlar üzrə müqavilələrin bazar həcmi. Artım oyununda pozisiya “Uzun”, eniş oyununda “Qısa” adlanır.

ORDER – (order) verilmiş məzənnə ilə ticarət alətlərinin və aktivlərin həcminin müəyyən lotla broker tərəfindən alış və ya satış əmrinin verilməsi.

PİPS (POİNT) – (piplər, punkt) koterovkanın yazılışında axırıncı rəqəm (0.0001 = 1 punkt)

PROFİT (GAİN) – (gəlir, mənfəət) investisiya və ya işgüzar əməliyyatların həyata keçirilməsi nəticəsində onların yerinə yetirilməsinə sərf olunan xərclər çıxıldıqdan sonra əldə olunan müsbət nəticədir.

REALİZED PROFİT/LOSS – nizama salınmış pozisiyalar üzrə (əks əməliyyatlarla bağlanmış) gəlir/itki.

RESİSTANCE – (müqavimət) aktiv satışların artım tendensiyasını saxlaya və ya dəyişə biləcək qiymət səviyyəsi.

SETTLED (CLOSED) POSİTİON – (bağlı pozisiya) əks əməliyyat aparılmış və hesablanmış tənzimlənmiş bazar pozisiyası.

SPREAD – Tələb və Təklif qiymətləri arasındakı fərq.

STOP-LİMİT ORDER – (stop-limit order) verilmiş qiymət səviyyəsinə çatmaq şərtilə ticarət alətlərinə və aktivlərin həcminə müəyyən lotla alış və ya satış əmri. Adətən stop-order və limit orderin kombinasiyalarından ibarət olur.

STOP-LOSS ORDER – (stop-loss order) valyutanın qeyd edilmiş qiymətinə və ya daha da pis alış və ya satış əmri. Adətən bu order bazar gözlənilənin əksinə hərəkət edərkən yerləşdirilir.

SUPPORT – (dəstək) aktiv alışların eniş tendensiyasını saxlaya və ya dəyişə biləcək qiymət səviyyəsi.

TREND – müxtəlif faktorlar nəticəsində qiymət hərəkətinin bir istiqamət alması.

UNREALİZED (FLOATİNG) PROFİT/LOSS – təsbit edilməmiş gəlir/itki, pozisiya tənzimlənməyənə qədər reallaşmamış, yəni əks əməliyyatla bağlanmış

USEABLE MARGİN – (mümkün marja) həyata keçirilən əməliyyatların nəticələrin hesablamaq üçün marja hesabında mümkün pul vəsaiti. Reallaşmamış gəlir nəzərə alınmaqla hesabdakı hazırki qalıqla bloklanmış açıq pozisiyaların ödənişlərindəki vəsait məbləği arasındakı fərq kimi hesablanır.

USED MARGİN – bloklanmış açıq pozisiyalarda mümkün itkiləri ödənilmiş vəsait məbləği. Marja ticarəti şəraitində ticarət vaxtı müştəri risklərini tənzimləmə alətidir.