INFOREX şirkəti hər kəsi ödənişsiz yay təlimlərinə dəvət edir


Yay vaxtınızı səmərəli keçirmək üçün İnforex şirkəti tərəfindən təşkil olunmuş tədris proqramına qatılın və gələcək karyeranız üçün faydalı ola biləcək investisiyalar və maliyyə sahəsində təcrübə qazanın. Kursu müvəffəqiyyətlə bitirənlər sertifikat və xasiyyətnamə(tövsiyyə məktubu) ilə təmin olunacaq. İş təcrübənizi artirmaqda məhz İnforex Şirkətinin sizə böyük köməyi ola bilər.


Treyder-gəlir əldə etmək məqsədi ilə beynəlxalq maliyyə bazarında əməliyyatları həyata keçirən mütəxəssisdir. İnforex şirkətində treyder sənətinin incəliklərini mənimsədikdən sonra Siz beynəlxalq maliyyə bazarlarında işləmək imkanı əldə etmiş olursunuz. Bütün dünyada treyder sənəti ən nüfuzlu və yüksək məvacibli peşələrdən biri hesab olunur, bu biznesin peşəkarları isə cəmiyyətin elitasını təşkil edirlər.


Əgər Sizin beynəlxalq maliyyə bazarlarında iş təcrübəniz yoxdursa, Siz İnforex şirkətinin ofisində müasir maliyyə bazarlarında işin praktik vərdişlərinə yiyələnə və nəzəri kurs keçə bilərsiniz.

2 həftə davam edən təlimdə dinləyicilərə aşağıdakılar tədris olunur:

Valyuta bazarı
(İştirakçılar, əsas terminlər, marjinal ticarət və onun prinsipləri, orderlər, fundamental analiz, fundamental faktorları təhlil etmək, şayiələrə necə reaksiya vermək, xəbərlərin önəmini müəyyənləşdirmək, mərkəzi banklar və onların pul siyasəti)

Texniki analizin mahiyyəti və əsas postulatları
(Qrafiklərin əsas tipləri, zaman periodları, trend modelləri, kanallar, klassik dönüş və davamiyyət fiqurları, Dəyişən Orta Göstəricilər (Moving Avareges), onların tətbiqi və təhlil qaydaları, Gap haqqında məlumat)

Risklərin idarə olunması
(əməliyyatların açılma və bağlanma qaydaları, “Limit” və “Stop” orderləri, “Stop-loss”, “Take-profit” əmrləri ilə, həmçinin əsas ticarət taktikaları ilə tanışlıq)

Treyderin və kütlənin psixologiyasının araşdırılması
(treyderin fəaliyyətinin analiz edilməsi, intuisiya, bazarın yaddaşı)

Əsas kursa həmçinin bir həftəlik praktik məşğələlər də daxildir. Həmin məşğələ zamanı Siz öyrəndiyiniz nəzəri bilikləri demo hesablarda tətbiq edərək, nəticəni görə biləcəksiniz.

Praktiki məşğələlərə həmçinin daxildir:

Brokerlər haqqında məlumatlar
Pul köçürmələri haqqında məlumat
Pul köçürmələrinin və treydinqin təhlükəsizliyi

Bu kursu bitirəndən sonra Siz valyuta bazarında işləmək üçün lazım olan bütün əsas biliklərə yiyələnəcəksiniz.

Vaxt: 15:00-16:00 qrupu və 19:00-20:00 qrupu

Davamiyyət: hər iş günü bir saat olmaqla 2 həftə

Məkan: İnforex MMC ofisi. Caspian Plaza III, 3-cü mərtəbə, C.Cabbarlı küç. 44, Bakı şəh.

Qeydiyyat üçün online forma: (“Əsas Kurs (qrupda) – Ödənişsiz” seçin)

(012) 437-53-23, (012) 436-78-44, (070) 985-00-25