Treyder üçün təlimat.

Məsləhətçi nədir? Bu sizin qaydalara uyğun əməliyyatlarınızı açıb bağlayan proqramdır. Daha ətraflı məlumat üçün ya bu videoya baxın, ya da seminarlarımızda iştirak edin. Əgər siz əmin olsanız ki, bu məsləhətçi məhz sizə lazım olandır, onda dəqiq ticarət qaydaları hazırlamaq və MQL4 dilində proqramlaşdırmaq lazımdır.

Heç də bütün treyderlər proqramçı deyil. Onlarda heç də hamısı yaxşı proqramçı deyil. Əgər MQL4-ü öyrənməyə vaxtınız və istəyiniz yoxdursa, sisteminizi avtomatlaşdırmaq üçün nə etmək lazımdır?

Çox sadə – məsləhətçinin yazılmasını bizə sifariş edin.

Məsləhətçini sifariş etməmişdən əvvəl nə etmək lazımdır ?

Proqramçı axtarmamışdan əvvəl strategiyanızın gəlirliyinə əmin olun. Gəlir gətirə bilməyən məsləhətçinin hazırlanmasına nəyə görə pul sərf etməlisiniz? Bunu mexaniki, yəni tarixə nəzər salaraq beyninizdə ticarət aparmaqla da edə bilərsiniz. Kifayət qədər çətin metoddur. Ən həqiqətə uyğun nəticələri siz demoda və ya mini rela hesabda əldə edə bilərsiniz, amma bu çox vaxt alacaq və ola bilsin ki çox vəsait də tələb edəcək. Strategiyanızı test edərkən nəzərə alın ki:

Bazar dəyişir və indiqatorların tarixdə özünü qanuna uyğun aparması onların real ticarətdə də adekvat olacağına zəmanət vermir;

Bəzi indiqatorlar artıq formalaşmış barlarda siqnallar göstərir. Qiymətin ekstremumlarında çox yaxşı yerləşmiş oxlar – tarixi amil real ticarət zamanı bir neçə bardan sonra görünəcəklər. Belə bir indiqatora nümunə Fractals-dır. O iki bar gecikmə ilə yaranır. Yəni onu istifadə etmək olar, amma nəzərə almaq lazımdır ki, siz bazara fraktaldan həmin dəqiqə aşağıda və ya yuxarıda yox, ancaq iki bar yaranandan sonra girə biləcəksiniz. (saatlıq qrafikdə iki saatdan sonra). İşləmə alqoritmini bilmədiyiniz indiqatorlardan istifadə etməyin. Bu pis nəticələnə bilər;

Şüurlu və ya qeyri – şüurlu şəkildə gələcəyə nəzər salan külli miqdarda indiqator var. Məsələn, mənfi yerdəyişməli sadə Orta Dəyişən Göstərici (Moving Average) bazarın dönüşünü vaxtında göstərəcək. Amma yalnız tarixdə…

Bu cür səhvlərin çoxunu real zaman çərçivəsində strategiyanı demo hesabda test edərkən də müəyyən etmək olar.

Yaddan çıxarmayın ki, real hesab real pullardır və onlara münasibət demo hesablara olan münasibətdən fərqlənməlidir. Məsləhətçi ticarət prosesindən emosiyalarınızın böyük hissəsini götürəcək, amma sizi səhvlərdən tamamilə qoruya bilməyəcək. Demo hesabda ticarət apararkən bir strategiyaya söykənin, planınızı dəyişməyin və emosional qərarlar verməyin. Sizin gələcək məsləhətçiniz sadəcə bir proqramdır və o dəqiq qaydalarla ticarət aparacaq. Əgər onun hansı nəticələr əldə edə biləcəyini bilmək istəyirsinizsə, onun kimi dəqiq və nizam intizamlı ticarət aparmalısınız.

Əgər bütün yoxlamalardan sonra sizin strategiyanız real hesabda sizi qane edəcək kifayət qədər gəlirlidirsə, onda ikinci mərhələyə – dəqiq ticarət qaydalarının hazırlanması mərhələsinə keçə bilərsiniz.

Məsləhətçini sifariş etməmişdən əvvəl nə etmək lazımdır ?

Əgər siz strategiyanızla kifayət qədər uzun müddət ticarət aparmısınızsa, onda alqoritmi hazırlamaq sizin üçün çətin olmayacaq. Lazım olan yalnız məsləhətçinin ticarət aparacağı qaydaları sadalamaqdır.

Nəzərə alın ki, proqramı sizin strategiyanız barədə cüzi də olsa məlumatı olmayan insan yazacaq. Siz ən xırda incəlikləri belə qeyd etməlisiniz: indiqatorların parametrləri, stop əmrlərə qədər olan məsafə, açıq əməliyyatların maksimum sayı, “sürüşən stop” (Trailing stop) alqoritmi və s. Texniki tapşırıqda hər xırda məqama reaksiya əks olunmalıdır: stop – orderin işə düşməsi, mövcud pozisiya zamanı təkrar siqnalın yaranması, internetlə əlaqədə xəta yaranandan sonra məsləhətçinin işə düşməsi və s.

Siz başa düşməlisiniz ki, kompyuter duya, düşünə və ya özbaşına qərarlar verə bilmir – o sadəcə sizin qaydalara uyğun ticarət aparır. Əgər alqoritmdə nəzərdə tutulmamış bir vəziyyətə reaksiya yaranarsa, məsləhətçi heç nə eləməyəcək.

Məsləhətçinin yazılma qiyməti onun mürəkkəbliyindən asılıdır.

Qiymət 50-500 AZN aralığında dəyişəcək.

Ətraflı məlumat üçün:

Ünvan: C.Cabbarlı küç, 44. Caspian Plaza 3/3 mərtəbə

Telefon: (012) 437-53-23, 436-78-44, (070) 985-00-25

Е-mail: info@inforex.az