Mizuho valyuta strateqləri qeyd edirlər ki, GBPUSD cütlüyünün eniş impulsu nisbətən zəifləyib, cütlük hazırda 35-ci fiqur yanında əsas yaratmağa çalışır. Funtun həddindən çox satış zonasına daxil olması və  opsion volatilliyi onu deməyə əsas verir ki, 1.3450 dəstəyi müəyyən vaxt ayıların hücumunun qarşısını ala biləcək, amma bank qalxışa elə də ümid eləmir. Mizuho ikiqat təpənin əsasının qırıldığını göstərərək vəziyyətin enişin xeyrinə olduğunu qeyd edir. Mizuho həmçinin bildirir ki, İngiltərə Bankı Brekzit başa çatana qədər faiz dərəcələrini qaldırmayacaq və  gələcəkdə də faiz dərəcələrinin endirilməsi ehtimalı qaldırılması ehtimalından güclüdür.

Mizuho-Bank