Beynəlxalq Valyuta Bazarı – Bu gecə-gündüz insanların, şirkətlərin və bütövlükdə dövlətlərin xarici valyutaya olan tələbatlarına xidmət edən iri maliyyə mexanizmidir. Forexdə dünya mərkəzi bankları, kommersiya bankları, maliyyə şirkətləri və broker evləri işləyir. Həmçinin xarici yatırımları həyata keçirən müxtəlif fondlar və şirkətlər, aparıcı xarici ticarət fəaliyyəti ilə məşğul olan firmalar və çoxlu şəxsi investorlar iştirak edir. Valyuta bazarında milli valyutanın məzənnəsini müəyyənləşdirən ayrı-ayrı ölkələrin birjaları da var, lakin bütövlükdə valyuta bazarı birja deyil. Forex – Birja xarici, banklar arası əməliyyatlar bazarıdır. Market-Meykerlərin başlıca vəzifəsi – bazarda likvidliyi qoruyub saxlamaqdır.

Likvidlik – istənilən birja malının vacib xüsusiyyətlərindən biridir. İnvestor birja alətləri ilə işləyərkən əmin olmalıdır ki, o tez bir zamanda lazımi kəmiyyətdə alıb sata bilər. Yüksək likvidlik sistemli ticarət risklərini azaltmağa imkan verir. Məhz bazarın likvidliyini lazımi səviyyədə saxlamaq market-meykerlərin başlıca vəzifəsidir. Bunlar, ticarət təşkilatçıları tərəfindən müəyyən bazara buraxılmış, müvafiq fəaliyyətlə məşğul olmağa lisenziyası olan, bazis aktivinin və ya alətinin ədalətli bazar dəyərinin formalaşdırılmasında kömək etməyi öhdəliyinə götürən, bununla da bazarın likvidliyini artıran brokerlər və ya dillerlərdir.

Fond bazarında Market-Meyker – qiymətli kağızların satışını təşkil etmək məqsədilə müəyyən emitentin qiymətli kağızlarını əldə etmək və öz hesablarında qoruyun saxlamaq riskini öz üzərinə götürən broker/diller firmasıdır. Marketmeykerlər birja xarici bazarda əməliyyatların bilavasitə iştirakçısı kimi çıxış edirlər. «mütəxəssislər» məşğul olduğu birja bazarından fərqli olaraq marketmeykerlər birja xarici bazarın likvidliyini saxlayırlar. Bir qayda olaraq onlar hər iki tərəfdə fəaliyyət göstərirlər- həm alıcılar, həm də satıcılar. Tipik olaraq marketmeykerin hər müştərisi üçün (təxminən 1 marketmeykerə 20-30) minimum 1000 aksiya satmaq öhdəliyi var. Əməliyyatlar saniyələr içində telefon və ya internet vasitəsilə həyata keçirilir.

Birjada marketmeyker, məsələn bija kontoru ola bilər, hansı ki alış və satış arasındakı fərqlə danışılmış həddən çox olmamaq şərtilə eyni zamanda verilmiş sifarişləri birja ilə olan müqaviləsinə əsasən razılaşdırılmış vaxt ərzində (deyək ki ticarət vaxtının 90%-indən az olmamaq şərtilə) saxlaya bilər, bunun əvəzində birja marketmeykerə komission yığımına olan ödənişlər kimi müəyyən imtiyazlar verir.

Amerikada adətən marketmeyker hər müştərisi üçün, hansı ki təxminən 20-30 nəfər təşkil edir, minimum 1000 aksiya satmaq öhdəliyi var. Bazarda hər alət üçün azı 2 marketmeyker olmalıdır. 1986-cı ildən bəri London fond birjasında da qiymətli kağızları həmişə almağa və satmağa hazır olmaqla bu yolla öz bazarların yaradan firmaları belə adlandırmağa başladılar. Marketmeykeri olan hər hansı bir valyutanı alıb və ya satmaq istəyən müştəri tamamilə əmin ola bilər ki, bunu heç bir çətinlik olmadan həyata keçirə bilər.

Forex bazarı öz təbiətinə görə birja xarici, banklar arası bazardır, ona görə də onda marketmeykerlər iştirak edir. Beləki Forexdə ticarətlərin həcmi son dərəcə yüksəkdir – sutkada 3-4 trilyon dollardır, bu bazarda marketmeykerlər isə iri dünya kommersiya banklarıdır. Ticarət əməliyyatlarının ən böyük həcmi onlar vasitəsilə həyata keçirilir, ona görə də onların katerovkaları daha etibarlıdır. Marketmeykerlərin özləri arasında həyata keçirdiyi əməliyyatların məbləği – 1 million dollardır. Bazarda digər şəxsin adından broker şirkətləri və ya dilinq mərkəzləri çıxış edir. Məhz onlar vasitəçilik edərək adi insanlara daha aşağı məbləğlərlə valyuta ticarətlərində iştirak etmək imkanı təqdim edir.

Şəxsi investor Forexdəki ticarət əməliyyatlarını brokeri və ya dilinq mərkəzi tərəfindən həyata keçirir və valyuta bazarında marketmeykerlərin olmağının ona nə xeyri var?

Əməliyyatları dilinq mərkəzləri və ya brokerlər vasitəsilə həyata keçirmək olar. Bir qayda olaraq yalnız brokerlər vasitəsilə Forexdə kifayət qədər iri əməliyyatlar həyata keçirilir. Marketmeykerlər bazar valotikliyini tənzimləyir və prinsip etibarilə bazar onların qiymətlərinə əsaslanır. Əgər marketmeykerlər olmasa idi, iri bazar spekulyantları bazarı manipulyasiya edərdilər. Bundan əlavə marketmeyker bazarı əsas ticarətləri həyata keçirmək üçün lazım olan likvidliklə təmin edir.

İnvestor üçün birbaşa marketmeyker vasitəsilə ticarət aparmağın əhəmiyyəti varmı?

Əgər marketmeykerlə əməkdaşlıq üçün investor kifayət qədər kapital həcminə malik deyilsə, onda əhəmiyyəti yoxdur. Lakin marketmeykerlə əlaqəsi olan savadlı broker tapmaq olar.

Bazarda elə marketmeykerlər var ki, məsələn bir-birilə razılığa gəlsin və ya bir-birinə qarşı müharibəyə başlasın?

Nəzəri cəhətdən ola bilər. Marketmeykerlər arasında əməliyyatlar həyata keçirilir. Lakin Forex bazarı o dərəcədə qlobal və böyükdür ki, orada o qədər çoxlu operator var ki, hətta onların hamisi birləşsə belə bu və ya digər valyuta cütlüyünün formalaşmış bazar tendensiyasına təsir göstərə bilməyəcəklər. Forexdə bazarla birgə hərə özünə tərəfdir. Yeri gəlmişkən, fond bazarı – bu tamam başqadır. Burda hərdənbir bədnam hiyləgərləri meydana gətirən bazar sövdələşmələri də ola bilər.

Şəxsi investor broker və ya dilinq mərkəzi ilə ticarət aparanda valyuta katerovkalarını hansı mənbədən əldə etməsi barədə maraqlana bilər. Axı həmişə ciddi iştirakçıların bazara baxışına bələd olmaqla onlarla ticarət aparmaq yaxşıdır. Ciddi broker şirkəti və ya dilinq mərkəzi bir və ya bir neçə iri qərb brokerləri və ya banklarla rəsmi partnyor müqaviləsinə malik olmalıdır və müvafiq olaraq hər dəqiqə bazarın bütün dərinliyini və dinamikasını izləməyə imkan verən informasiya sistemlərinə çıxışı olmalıdır.

Reuters-un məlumatlarına əsasən valyuta bazarında ən iri marketmeykerlərin Top 10 siyahısı:

1. Deutsche Bank — 19.30 %

2. UBS — 14.85 %

3. Citi — 9.00 %

4. Royal Bank of Scotland — 8.90 %

5. Barclays Capital — 8.80 %

6. Bank of America — 5.29 %

7. HSBC — 4.36 %

8. Goldman Sachs — 4.14 %

9. JP Morgan — 3.33 %

10. Morgan Stanley — 2.86 %