Birjalarda qiymətlərin “dalğalandığını” ilk dəfə Çarlz Dou deyibsə, həmin dalğaların hansı qanunlarla formalaşdığını Ralf Nelson Elliot müəyyənləşdirib. Onun “dalğa prinsipi” ötən əsrin 30-cu illərində yaranıb ki, bu da artıq hər şeyi deyir: əgər hansısa bir nəzəriyyə 70 ildən artıq müddət ərzində öz nüfuzunu saxlaya və artıra bilibsə, onu zamanın sınağından çıxmış saymaq olar.

Elliot Dalğaları bazarın hazırda hansı fazada (trend, yoxsa korreksiya) olduğunu və bunun nə qədər davam edə biləcəyini proqnozlaşdırmaq üçün ən güclü metodlardan biri sayılır. Bu nəzəriyyə dalğaların müxtəlif modellər (hazırda 26 model) əsasında formalaşdığını iddia edir. Əgər cari modeli müəyyənləşdirmək mümkün olursa, onun sonrakı inkişafını proqnozlaşdırmaq artıq texniki məsələyə çevrilir. Əks halda, yəni hazırkı modeli müəyyənləşdirmək mümkün deyilsə, Dalğa nəzəriyyəsi bazara girməməyi tələb edir.

Kursun çərçivəsində bu mövzular öyrədilir:

Yuxarı və aşağı dalğa səviyyələri

Dalğaların işarlənməsi qaydaları

Hərəkət və korreksiya modelləri, onların fərqləndirilməsi

Bazarın hazırda hansı fazada olduğunu müəyyənləşdirməyin qaydalar

Fibonaççi nisbətləri və onların dalğa modellərinə tətbiqi

Robert Balanın təklif etdiyi dalğa metodları

Robert C.Maynerin təklif etdiyi dalğa metodları

Dalğa nəzəriyyəsi ilə klassik texanalizin əlaqəsi

Təhsil Zamanı: 4 Həftə

Qiyməti: Fərdi şəkildə 300 azn, Qrupda 200 azn

Yazılmaq üçün on-line formanı doldurun, ya da (012) 437 53 23, 436 7844, (070) 985-00-25 saylı telefonlara zəng edin.