Şirkətimizdə aldığınız bilikləri siz istənilən broker şirkətin demo-hesabında sınayıb artıra bilərsiniz. Aşağıda verilən təlimat universal deyil və şirkətdən şirkətə fərqlən bilər. Demo-hesablar təlim məqsədi daşıyır və adətən real bazara girməzdən öncə məşq etmək üçün yaradılır. Burada bütün əməliyyatlar virtual pullarla aparıldığından, real pul qazanılmır və itirilmir. Amma düzgün istifadə olunarsa, daha böyük bir şey qazanmaq mümkündür: təcrübə.

Adətən iki halda demo-hesablardan istifadə olunur:

1) Yeni başlayanların terminal və bazarla tanış olması üçün;

2) Ticarət strategiyalarını yoxlamaq üçün;

Amma Demo-hesabların qeyd etdiyimiz müsbət cəhəti ilə yanaşı, çox vacib bir məqamı da yaddan çıxarmaq olmaz: bu hesabda işləyərkən treyder adətən heç bir psixoloji yük və məsuliyyət hiss etmir. Çünki real yox, virtual pullarla işlədiyindən, qazandığına böyük qələbə kimi baxır, itirdiyinə isə ciddi yanaşmır. Nəticədə, qısa vaxtda özünü real hesabda işləməyə hazır sayır. Amma real hesabın psixoliji yükünü hiss edəndə, bu, onun üçün ağır sınağa çevrilir. Əksər hallarda belə yanaşmanın axırı məyusluqla başa çatır.

Ona görə də, demo-hesabda işləyənlərə təkidlə məsləhət görülür ki, öz fəaliyyətlərinə ciddi yanaşsınlar və real hesaba keçməyə tələsməsinlər. Bəzi mütəxəsisslər ümumiyyətlə, demo-hesabı yeni başlayanlar üçün psixoloji cəhətdən ziyanlı sayırlar. “İnforex” şirkəti bu fikirləri haradasa haqlı hesab edir və mikro-hesablarda öyrənməyi daha üstün tutur. Çünki bu halda gəlcək treyder ilk addımlardan bazarda olmağın məsuliyyətini dərk edir.

Demo-hesab necə açılır?

1) Linkə keçib aşağıda göstərilən kimi formani doldurun. İşlək olan kontakt məlumatları göstərmək məsləhətdir.

unnamed (2)

2) Emailınıza gələn məktubda verifirkasiya linkinə tıklayın və demo hesabının qeydiyyatını bitirin

unnamed (4)

3) Növbəti gələn emailda demo hesabının Login və parolu , həmçinin terminalı endirmək üçün müxtəlif linklər gələcək. Terminalı endirib , emailınıza gələn login və parolu istifadə edib demo hesabınıza daxil ola bilərsiniz.

unnamed (5)

4) Ticarət əməliyyatlarını müxtəlif yollarla açmaq mümkündür. Ən sadəsi belədir: Qrafikin pəncərəsində “siçan”ın sağ düyməsini basın, açılan kontekst menyüsünün “ticarət” (“торговля”, “trading”) sətrindən «yeni order» ( «новый ордер», “new order”) əmrini seçin. Açılan dialoq pəncərəsində verdiyiniz qərara uyğun olaraq, “al” və “sat” düymələrindən birini basa bilərsiniz.

5) Terminalı daha yaxşı öyrənmək və onunla optimal şəkildə işləməyi bacarmaq üçün “F1” düyməsini basın və proqramla necə işləmək haqda arayışı oxuyun.

Əgər hər hansı bir sual yaranarsa, bizə müraciet edin: (012) 436-78-44, 437-53-23, (070) 985-00-25