Cümə günü bazarlarda ehtiyatlı əhvalın hökm sürdüyü müşahidə olunur. Asiya indeksləri müxtəlif istiqamətli ticarət aparıb, S&P 500 indeksi fyuçersləri nisbətən qalxıblar, trejeris kağızlarının gəlirliyi isə yaşıl zonaya qayıdıb ki, bu da dolları möhkəmləndirib.

AMB sədri Kristin Laqardın çıxışında son göstəricilərin iqtisadiyyatda nisbi artım göstərdiyini bildirməsindən sonra avro zəif qalxış cəhdi göstərdi.Amma qısa müddətdən sonra yenidən valyuta enişə başladı, çünki Laqard risklərin eniş istiqamətli olduğunu qeyd etdi.

Nəhayət ki, bu gün Britaniya parlamentinin lordlar paltası Brexit haqqında qanun layihəsini təstiq etdi. Daha doğrusu bunu etməyə məcbur oldu, çünki icmalar palatası əlavə edilmiş düzəlişlərin hamısını ləğv etdi.İndi artıq sənəd kraliçanın imzalanması üçün təqdim olunacaq. Bu əsasən formallıqdır. Beləliklə, 8 gündən sonra, 31 yanvarda Böyük Britaniya AB tərkibini rəsmi olaraq tərk edəcək. 29 yanvarda … Continue reading »

Bu gün Kanadada CPİ və topdan satışlar, Çikaqo aktivlik indeks və daşınmaz əmlak bazarında satışlar açıqlanacaq. Bundan başqa Kanada bankının iclas nəticələri izlənəcək.

Günlük qrafikdə EURJPY ayı əhvalını saxlayaraq 122.00 ərazisindən aşağıda, əsas SMA – lardan isə yuxarıda ticarət aparır. 4-saatlıq qrafikdə qiymət buğa klinini qırıb və 121.83 dəstəyini yoxlayıb. Dəstəklər 121.83, 121.64 və 121.13. Müqavimətlər 122.21, 122.66 və 122.90.

GBPUSD London sessiyasının açılışı ərəfəsində 1.3040 ərazisində ticarət aparır. O iki gündür ki, pozitiv Britaniya göstəriciləri və dolların zəifləməsi səbəbindən qalxışa meylli ticarət aparırdı, amma indi Brekzitlə bağlı vəziyyətin mürəkkəbləşməsi qalxışı məhdudlaşdırır.Britaniya bu gün CBI sənaye indeksini dərc edəcək, proqnozlar -28 təşkil edir. Həmçinin diqqət mərkəzində siyasi və ticarət sualları olacaq.

Commerzbank analitikləri qeyd edirlər ki, EURUSD zəif qalxış cəhdləri nümayiş etdirir, amma Elliot analizi qarışıq siqnallar veriyinə görə 1.1067/61 ərazisinə eniş ehtimalı qalır.

BTCUSD $8,097 ərazisində ticarət aparəır. Rəqəmsal qəpik $8,193 maksimumundan uzaqlaşsa ada buğa əhvalını qruyub saxlayır. ETHUSD $143.4 ərazisində ticarət aparır. Ethereum $146.95 maksimumundan uzaqlaşaraq qısamüddətli ayı trendinə daxil olub. Volatillik zəifdir.

Bu gün Nyu-Yorkda aşaıdakı opsionların vaxtı tamam olacaqEUR/USD1.1095 528 milyon1.1100 993 milyon1.1120 854 milyon1.1130 740 milyon GBP/USD1.3100 877 milyon1.3170 587 milyon1.3200 713 milyon USD/JPY109.45 400 milyon110.55 430 milyon111.00 361 milyon AUD/USD0.6850 613 milyon NZD/USD0.6593 228 milyon0.6610 885 milyon

Bu gün Avropa sessiyasında Britaniyada ÜDM, ticarət balansı, sənaye və emal sektoru istehsalı açıqlanacaq.ABŞ bu gün vacibb xəbər təqdim etməyəcək, Kanada bankının iqtisadi gözləmələri izlənəcək.