“İnforex” şirkətinin biznesə yanaşması bir neçə əsas prinsipin üzərində qurulub:

1. Ad hər şeydən əsasdır.

İtirilən hər şeyi qaytarmaq mümkündür, bircə adın hörmətindən başqa. Ona görə də, biz istər müştərilərimizlə iş zamanı, istərsə də digər fəaliyyətlərimizdə yalnız adımızı ucaldacaq şəkildə çalışırıq. Bu səbəbdən, artıq çoxları razılaşırlar ki, “İnorex” – Azərbaycanda konsaltinq sahəsindəki ən etibarlı brendlərdən biridir.

2. Biznes dostluğu dostluq biznesindən üstündür

Biz müştərilərimizlə uzunmüddətli, qarşılıqlı faydalı münasibətlər qurmaqda maraqlıyıq. Hər bir şirkətin uğuru belə münasibətlər üçün lazım olan mühit yaratmaq bacarığından asıldır. Biz inanırıq ki, biznes zamanı yaranan münasibətlər çox sağlam və səmimi ola bilər. Necə ki, bunu artıq öz fəaliyyətimizlə sübut etmişik.

3. Şirkət işinin yox, işi şirkətin haqqında danışmalıdır

Biz məhz belə işləyirik. Yəni, gördüyümüz hər bir iş bizim peşəkarlığımız, dəqiqliyimiz, göstərdiyimiz xidmətin səviyyəsi və digər cəhətlərimiz haqda kifayət qədər məlumat verə bilər.

4. Hədəfə birlikdə çatılır

Bizim çalışdığımız sahədə hər bir şirkətin uğuru onun müştərilərinin uğurundan asıldır. Biz bunu çox gözəl başa düşürük, ona görə də müştərilərimizin uğur qazanmasında maraqlıyıq. Və bu istiqamətdə əlimizdən gələni etməyə hazırıq!

5. Davamlı inkişaf

Forex elə bir fəaliyyət sahəsidir ki, burada son yeniliklərdən, ideyalardan, tapıntılardan daim xəbərar olmalısan. Əks halda gec-tez ziyanla üzləşmək qaçılmazdır. Ona görə də, biz bütün dünyada bu sahədəki yenilikləri daim izləyir, tətbiq edir, müştərilərimizə çatdırırıq.