Birja dünyasına giriş buradan başlayır!

Bu kursun dinləyicilərinə Valyuta bazarını anlamaq və orada işləyə bilmək üçün tələb olunan əsas biliklər öyrədilir. Tələbələr əvvəlcə Valyuta bazarının nə olduğu, iştirakçıları, əsas terminləri, marjinal ticarət və onun prinsipləri, orderlər haqda bilgi alırlar.

Sonra fundamental analizin əsasları ilə tanış olurlar. Yəni dinləyicilərə fundamental faktorları təhlil etmək, şayiələrə necə reaksiya vermək, xəbərlərin önəmini müəyyənləşdirmək və s. öyrədilir. Mərkəzi banklar və onların pul siyasəti haqqında məlumatlar verilir.

Üçüncü mühazirədə texniki analizin mahiyyəti və əsas postulatları izah olunur. Bura daxildir:

1) Qrafiklərin əsas tipləri

2) Zaman periodları

3) Trend modelləri

4) Trend xətləri

5) Kanallar

6) Klassik dönüş və davamiyyət fiqurları

7) Dəyişən Orta Göstəricilər (Moving Avareges), onların tətbiqi və təhlili qaydaları

8) Gap haqqında məlumat

Dördüncü mühazirədə gələcək treyderlərə çox vacib mövzu olan risklərin idarə olunması öyrədilir. Onlar əməliyyatların açılma və bağlanma qaydaları, “Limit” və “Stop” orderləri, “Stop-loss”, “Take-profit” əmrləri ilə, həmçinin əsas ticarət taktikaları ilə tanış olurlar.

Beşinci mühazirə isə treyderin və kütlənin psixologiyasının araşdırılmasına həsr olunur. Burada treyderin öz fəaliyyətini analiz etməsi öyrədilir, intuisiya, bazarın yaddaşı kimi vacib amillərə aydınlıq gətirilir.Risk menecment haqqında biliklər verilir.

Əsas kursa həmçinin 7 günlük praktik məşğələlər də daxildir. Həmin məşğələ zamanı Siz öyrəndiyiniz nəzəri bilikləri demo-hesablarda tətbiq edərək, nəticəni özünüz görə biləcəksiniz.

Praktiki məşğələlərə həmçinin daxildir:

1) Brokerlər haqqında məlumatlar

2) Köçürmələr haqqında məlumat

3) Köçürmələrin və treydinqin təhlükəsizliyi

Bu kursu bitirəndən sonra Siz Valyuta bazarında işləmək üçün lazım olan bütün əsas biliklərə yiyələnəcəksiniz.

Kurslar 2 həftə davam edir.

Kurs ödənişsizdir.

Yazılmaq üçün on-line formanı doldurun, ya da (012) 437-53-23, 436-78-44, (070) 985-00-25 saylı telefonlara zəng edin.