Inforex.Az Inforex.Ru ?onneee
 
Icq
Contacts
e-mail



Elliot Dalğaları


Birjalarda qiymətlərin “dalğalandığını” ilk dəfə Çarlz Dou deyibsə, həmin dalğaların hansı qanunlarla formalaşdığını Ralf Nelson Elliot müəyyənləşdirib. Onun “dalğa prinsipi” ötən əsrin  30-cu illərində yaranıb ki, bu da artıq hər şeyi deyir: əgər hansısa bir nəzəriyyə 70 ildən artıq müddət ərzində öz nüfuzunu saxlaya və artıra bilibsə, onu zamanın sınağından çıxmış saymaq olar.

Elliot Dalğaları bazarın hazırda hansı fazada (trend, yoxsa korreksiya) olduğunu və bunun nə qədər davam edə biləcəyini proqnozlaşdırmaq üçün ən güclü metodlardan biri sayılır. Bu nəzəriyyə dalğaların müxtəlif modellər (hazırda 26 model) əsasında formalaşdığını iddia edir. Əgər cari modeli müəyyənləşdirmək mümkün olursa, onun sonrakı inkişafını proqnozlaşdırmaq artıq texniki məsələyə  çevrilir. Əks halda, yəni hazırkı modeli müəyyənləşdirmək mümkün deyilsə, Dalğa nəzəriyyəsi bazara girməməyi tələb edir.

Kursun çərçivəsində bu mövzular öyrədilir:

 Yuxarı və aşağı dalğa səviyyələri;

 Dalğaların işarlənməsi qaydaları;

 Hərəkət və korreksiya modelləri, onların fərqləndirilməsi;

 Bazarın hazırda hansı fazada olduğunu müəyyənləşdirməyin qaydaları;

 Fibonaççi nisbətləri və onların dalğa modellərinə tətbiqi;

 Robert Balanın təklif etdiyi dalğa metodları

 Robert C.Maynerin təklif etdiyi dalğa metodları

 Dalğa nəzəriyyəsi ilə klassik texanalizin əlaqəsi

 

Təhsil müddəti: 4 həftə

Qiyməti: Fərdi şəkildə 400 azn, Qrupda 200 azn . Yazıl

 

Əlavə məlumat üçün: 437 53 23

     

 

FaceBook

Daim Yenilənir




Inforex Sizə Azərbaycan dilində yeganə xəbər və analiz lentini təqdim edir. Valyuta bazarından informasiya, bankların və ekspertlərin rəyləri, gözlənilən hadisələrin təqvimi və digər faydalı bilgilər :

Bunların hamısı XÜSUSI səhifəmizdə cəmlənib.

Spredsiz Ticarət

Real mini hesabınıza ilk dəfə pul köçürəndə Siz $50 həcmində bonus əldə edəcəksiniz. Sonradan hər dəfə yeni köçürmə zamanı həmin məbləğin 5%-ı miqdarında bonus alacaqsınız. 

Beləliklə:

Faktiki olaraq, bütün spredləriniz əvvəlcədən ödənilmiş olur;

Hesabınızdan pul çıxarmaq üçün xərclər kompensasiya edilir.

Əlavə məlumat üçün şirkətimizə müraciət edin.

Azərbaycanda Yeganə

Forumda qaynar mövzular :


Sen də fikirini de və qazan!