
|
Əsas Kurs Birja dünyasına giriş buradan başlayır! Bu kursun dinləyicilərinə Valyuta bazarını anlamaq və orada işləyə bilmək üçün tələb olunan əsas biliklər öyrədilir. Tələbələr əvvəlcə Valyuta bazarının nə olduğu, iştirakçıları, əsas terminləri, marjinal ticarət və onun prinsipləri, orderlər haqda bilgi alırlar. Sonra fundamental analizin əsasları ilə tanış olurlar. Yəni dinləyicilərə fundamental faktorları təhlil etmək, şayiələrə necə reaksiya vermək, xəbərlərin önəmini müəyyənləşdirmək və s. öyrədilir. Üçüncü mühazirədə texniki analizin mahiyyəti və əsas postulatları izah olunur. Bura daxildir:
Dördüncü mühazirədə gələcək treyderlərə çox vacib mövzu olan risklərin idarə olunması öyrədilir. Onlar əməliyyatların açılma və bağlanma qaydaları, “Limit” və “Stop” orderləri, “Stop-loss”, “Take-profit” əmrləri ilə, həmçinin əsas ticarət taktikaları ilə tanış olurlar. Beşinci mühazirə isə treyderin və kütlənin psixologiyasının araşdırılmasına həsr olunur. Burada treyderin öz fəaliyyətini analiz etməsi öyrədilir, intuisiya, bazarın yaddaşı kimi vacib amillərə aydınlıq gətirilir. Əsas kursa həmçinin 20 günlük praktik məşğələlər də daxildir. Həmin məşğələ zamanı Siz öyrəndiyiniz nəzəri bilikləri demo-hesablarda tətbiq edərək, nəticəni özünüz görə biləcəksiniz. Bu kursu bitirəndən sonra Siz Valyuta bazarında işləmək üçün lazım olan bütün əsas biliklərə yiyələnəcəksiniz. Kurslar 4 həftə davam edir.
Yazılmaq üçün ya on-line formanı doldurun, ya da (012)437 53 23, 436 7844 saylı telefonlara zəng vurun. Kurs ödənişsizdir. |
Daim Yenilənir

Bunların hamısı XÜSUSI səhifəmizdə cəmlənib.
Spredsiz Ticarət
Real mini hesabınıza ilk dəfə pul köçürəndə Siz $50 həcmində bonus əldə edəcəksiniz. Sonradan hər dəfə yeni köçürmə zamanı həmin məbləğin 5%-ı miqdarında bonus alacaqsınız.
Beləliklə:
Faktiki olaraq, bütün spredləriniz əvvəlcədən ödənilmiş olur;
Hesabınızdan pul çıxarmaq üçün xərclər kompensasiya edilir.
Əlavə məlumat üçün şirkətimizə müraciət edin.






