
|
Page 1 of 2 DEMO HESAB Demo-hesablar [proqramı endir] təlim məqsədi daşıyır və adətən real bazara girməzdən öncə məşq etmək üçün yaradılır. Burada bütün əməliyyatlar virtual pullarla aparıldığından, real pul qazanılmır və itirilmir. Amma düzgün istifadə olunarsa, daha böyük bir şey qazanmaq mümkündür: təcrübə.
Adətən iki halda demo-hesablardan istifadə olunur: 1) Yeni başlayanların terminal və bazarla tanış olması üçün; 2) Ticarət strategiyalarını yoxlamaq üçün.
Amma Demo-hesabların qeyd etdiyimiz müsbət cəhəti ilə yanaşı, çox vacib bir məqamı da yaddan çıxarmaq olmaz: bu hesabda işləyərkən treyder adətən heç bir psixoloji yük və məsuliyyət hiss etmir. Çünki real yox, virtual pullarla işlədiyindən, qazandığına böyük qələbə kimi baxır, itirdiyinə isə ciddi yanaşmır. Nəticədə, qısa vaxtda özünü real hesabda işləməyə hazır sayır. Amma real hesabın psixoliji yükünü hiss edəndə, bu, onun üçün ağır sınağa çevrilir. Əksər hallarda belə yanaşmanın axırı məyusluqla başa çatır. Ona görə də, demo-hesabda işləyənlərə təkidlə məsləhət görülür ki, öz fəaliyyətlərinə ciddi yanaşsınlar və real hesaba keçməyə tələsməsinlər. Bəzi mütəxəsisslər ümumiyyətlə, demo-hesabı yeni başlayanlar üçün psixoloji cəhətdən ziyanlı sayırlar. “İnforex” şirkəti bu fikirləri haradasa haqlı hesab edir və mikro-hesablarda öyrənməyi daha üstün tutur. Çünki bu halda gəlcək treyder ilk addımlardan bazarda olmağın məsuliyyətini dərk edir. |
Daim Yenilənir

Bunların hamısı XÜSUSI səhifəmizdə cəmlənib.
Spredsiz Ticarət
Real mini hesabınıza ilk dəfə pul köçürəndə Siz $50 həcmində bonus əldə edəcəksiniz. Sonradan hər dəfə yeni köçürmə zamanı həmin məbləğin 5%-ı miqdarında bonus alacaqsınız.
Beləliklə:
Faktiki olaraq, bütün spredləriniz əvvəlcədən ödənilmiş olur;
Hesabınızdan pul çıxarmaq üçün xərclər kompensasiya edilir.
Əlavə məlumat üçün şirkətimizə müraciət edin.






