
Bretton-Vud konfransının keçirildiyi
Maunt-Vaşinqton oteli

Riçard Nikson
|
Page 1 of 2 Forex-ə qədərki dövr 2-cü Dünya Müharibəsi başa çatandan sonra təkcə siyasət yox, maliyyə sahəsində də Yeni Dünya Düzəninın qurulması lazım idi. Buna yönəlmiş cəhdlər Siyasətdə BMT- nin yaranması ilə nəticələndisə, maliyyə sferasında Bretton-Vud sisteminin (Bretton Woods system) qurulması ilə sonuclandı. Həmin sistem 1944-cü il iyulun 1-dən 22-dək ABŞ-ın Nyu-Hempşir ştatında yerləşən Bretton-vud kurortunda keçirilən beynəlxalq konfransın nəticəsində yaradılmışdı. Bu gün hamının yaxşı tanıdığı Beynəlxalq Valyuta Fondu (BVF), Beynəlxalq Yenidənqurma və İnkişaf Bankı (BYİB) kimi təşkilatlar məhz həmin konfransın nəticəsində meydana çıxıblar. Buna görə, onları çox vaxt “Bretton-Vud institutları” adlandırırlar. Bretton-Vus razılaşması ABŞ dollarını qızıl ilə yanaşı dünyanın əsas tədavül vasitəsinə çevirdi. Bütün digər valyutaların məzənnəsi dollara nisbətdə təsbit olundu. Dolların kursu isə qızılla belə bir nisbətdə müəyyənləşdirildi: 1 troya unsiyası = 35 dollar. Nəticədə ABŞ köhnə rəqibi Britaniyanı sıxışdıraraq, dünyada valyuta hegemoniyası qazanmış oldu. Bununla da dolların qlobal valyutaya çevrilməsi rəsmiləşdi. Bu da təbii idi – həmin dövrdə II Dünya Mühaibəsindən ən çox qazanan dövlət ABŞ idi - dünyanın bütün qızıl ehtiyatının 70 faizinə məhz o nəzarət edirdi.
Bretton-Vuds sisteminin sonu 60-cı illərin sonlarında dünyada qızıl balansı dəyişmişdi: Amerikanın ehtiyatları azalmış, “köhnə dünyada” isə əksinə, artmışdı. Nəticədə beynəlxalq dövriyyədə qızılla təmin olanmayan dollar kütləsi yaranmışdı. Bütün bunlar və bir sıra digər səbəblər gətirib 1967-ci ilin valyuta böhranına çıxarır. Artıq Bretton-Vud sisteminin dövrü bitmişdi: o, dünyadakı yeni reallıqlar şəraitində effektiv işləyə bilmirdi. Nəticədə 1971-ci ilin 15 avqustunda Amerika prezidenti Rişard Nikson dolların qızıla rəsmi məzənnə ilə dəyişdirilməsini müvəqqəti qadağan edir. Sonra dolların devalvasiyası başlayır: qızılın 1 troya unsiyasının qiyməti əvvəlcə 38, sonra 42 dollara qalxır. |
Daim Yenilənir

Bunların hamısı XÜSUSI səhifəmizdə cəmlənib.
Spredsiz Ticarət
Real mini hesabınıza ilk dəfə pul köçürəndə Siz $50 həcmində bonus əldə edəcəksiniz. Sonradan hər dəfə yeni köçürmə zamanı həmin məbləğin 5%-ı miqdarında bonus alacaqsınız.
Beləliklə:
Faktiki olaraq, bütün spredləriniz əvvəlcədən ödənilmiş olur;
Hesabınızdan pul çıxarmaq üçün xərclər kompensasiya edilir.
Əlavə məlumat üçün şirkətimizə müraciət edin.






