Inforex.Az Inforex.Ru ?onneee
 
Icq
Contacts
e-mail

  • Bütün azadlıqlar maliyyə azadlığından başlayır. Forex – azadlıqdır. Siz bu işi öyrənəndən sonra dünyanın istənilən yerində istədiyiniz kimi yaşaya bilərsiniz!
  • Siz heç kimdən asılı olmursunuz, heç kimə hesabat vermirsiniz. Sizin yalnız bir müdiriniz var: özünüz!
  • İşə qaçmaq, gecikmək kimi anlayışlar treyderlər üçün deyil. Forexdə günün 24 saatı ərzində istənilən vaxt işləmək olur.
  • Pulu alıb-satmaq əmtəə ilə ticarət etməkdən qat-qat rahatdır. Sadəcə kompüterin arxasında oturub, işləyirsiniz – vəssalam.
  • Bütün əməliyyatlarınız və qazancınız tam məxfi saxlanılır – hər şeyi yalnız özünüz bilirsiniz.
  • Bütün bürokratik əngəllərdən uzaq olursunuz.
  • İnsanlarla işləmək həmişə başağrısıdır. Qrafiklərlə isə yox.


Beləliklə, Forex nədir?

Forex – Banklararası Beynəlxalq Valyuta Bazarıdır. Termin Foreign Exchange sözlərinin birləşməsindən yaranıb. Amma söhbət hərfi mənada bazardan getmir: Forex Bazarı eyni zamanda həm bütün dünyanı əhatə edir, həm də heç bir konkret məkanda yerləşməyib. Sadəcə, dünyanın böyük bankları və digər iri maliyyə qurumları (onları bazarın operatorları, yaxud, marketmeykerlər adlandırırlar) öz aralarında xüsusi şəbəkə vasitəsilə müxtəlif ölkələrin valyutalarını mübadilə edirlər. Bu mübadilə çox nəhəng həcmdə baş verir: gündə 3 trilyon dollardan çox! Forex də elə budur: gündə 3 trilyon dollardan çox dövriyyəsi olan valyuta bazarı. Forex-i haradasa İnternetlə müqayisə etmək olar: o, var, fəaliyyət göstərir, amma konkret məkanı yoxdur, heç kimə məxsus deyil və heç kim onu idarə edə bilməz.

Deyilənləri sxematik olaraq təxminən belə təsvir edə bilərik: 

Thumbnail image

Bu yerdə qeyd edək ki, banklalarası ticarət zamanı söhbət fiziki dövriyyədən getmir. Yəni, məsələn, Yaponiya bankı 1 milyard funt sterlinq alırsa, heç kim həmin pulları təyarə dolduraraq, xüsusi mühafizə altında Brityaniyadan Gündoğar Ölkəyə göndərmir. Bunun mənası da olmazdı: çünki bir müddətdən (ola bilər, bir neçə dəqiqədən, ola da bilər bir neçə gündən) sonra Yaponiya bankı həmin pulu məsələn, avroya dəyişəcək. Sonra avronu franka. Həmin milyard funt sterlinqi alan Alman bankı isə onu Avstraliya dolları ilə mübadilə edəcək. Onlara qalan bu mübadilə prosesindən əldə etdikləri gəlir olur.




 

FaceBook

Daim Yenilənir




Inforex Sizə Azərbaycan dilində yeganə xəbər və analiz lentini təqdim edir. Valyuta bazarından informasiya, bankların və ekspertlərin rəyləri, gözlənilən hadisələrin təqvimi və digər faydalı bilgilər :

Bunların hamısı XÜSUSI səhifəmizdə cəmlənib.

Spredsiz Ticarət

Real mini hesabınıza ilk dəfə pul köçürəndə Siz $50 həcmində bonus əldə edəcəksiniz. Sonradan hər dəfə yeni köçürmə zamanı həmin məbləğin 5%-ı miqdarında bonus alacaqsınız. 

Beləliklə:

Faktiki olaraq, bütün spredləriniz əvvəlcədən ödənilmiş olur;

Hesabınızdan pul çıxarmaq üçün xərclər kompensasiya edilir.

Əlavə məlumat üçün şirkətimizə müraciət edin.

Azərbaycanda Yeganə

Forumda qaynar mövzular :


Sen də fikirini de və qazan!