Inforex.Az Inforex.Ru ?onneee
 
Icq
Contacts
e-mail

Simalar

image image image image

Mervin King – İngiltərə Bankı sədri

Mervin Kinq 1948-ci ildə anadan olub.Təhsilini Kembricdəki kral kollecində və Harvardda (Kenedi stipendiyası alan kimi) alıb. M.Kinq Harvard universitetinin qeyri-ştat professor dərəcəsinə layiq görüldükdən sonra Kembric və Birminqem universitetlərində dərs deyib. 1984-cü ildən maliyyə bazarları qrupunun əsasını qoyduğu London İqtisad məktəbinin iqtisadiyyat professoru olur. 1990-cı ildən 1991-ci ilə kimi icraedici vəzifəni tutmayan direktor vəzifəsində çalışıb. 1991-ci ildən baş iqtisadçı və icraedici direktor. 1998-ci ildən 2003-cü ilə kimi İngiltərə Bankının sədr müavini. 2003-cü il 30 iyundan İngiltərə Bankının sədri vəzifəsinə keçir. Mervin Kinq – Britaniya Akademiyasının həqiqi üzvü; Kembric, Müqəddəs İonna adına kral kollecinin nüfuzlu üzvü; Birminqem, London, Edinburq iqtisadiyyat məktəblərində, Qildhol London məktəbində, İqtisadiyyatın London məktəbində, Volverhempton, Kembric və Helsinki universitetlərində nüfuzlu dərəcələrə malikdir. Amerika elmlər və incəsənət akademiyasının nüfuzlu əcnəbi üzvü, London simfonik orkestrinin konsultativ sovetinin üzvü, Vorkesterşir kriket klubunun patronu və Milli Qalereyanın etibarlı məsləhətçisidir.


Ben Bernanke – ABŞ FES idarə heyətinin sədri

Corciya ştatının Ohasta şəhərində, ortodoksal yəhudi ailəsində anadan olub. Ana tərəfdən babasının sayəsində uşaqlıqdan yəhudiliyə ibadətlə tanışdı, sərbəst yəhudi dilində danışır. 1975-ci ildə Harvardı iqtisadçı diplomu ilə bitirib. 1979-cu ildə Bernanke Massaçuset Texnologiyalar İnstitutunun fəlsəfə üzrə doktorluq dərəcəsini əldə edir. Aspiranturada Bernanke pul iqtisadiyyatını öyrənir. 1979-1985 ci illərdə doktorluğu alandan sonra Bernanke Stenford universitetində dərs deyirdi. 1985-2002 ci illərdə Bernanke Prinston universitetində dərs deyib. 1996-2002-ci illərdə Prinstonda iqtisad kafedrasının müdiri olub. 2002-ci ildə ABŞ Federal Ehtiyyatlar Sisteminin idarə heyətinin üzvü oldu. 2006-cı ildə keçmiş prezident Corc Buş Bernankeyə ABŞ Federal Ehtiyyatlar Sisteminin sədri vəzifəsini təklif edib. Amerika Senatında Buşun seçimi, demək olar ki, yekdilliklə bəyənilib. 2006-cı il 1 fevral Bernanke ABŞ Federal Ehtiyyatlar Sisteminin sədri oldu. 




Jan-Klod Trişe – Avropa Mərkəzi Bankının (AMB) idarə heyətinin sədri.

 

1942-ci il 20 dekarda Fransanın Lion şəhərində anadan olub. 1969-cu ildə administrasiyanın nüfuzlu Milli məktəbinə daxil olub. Maliyyə Nazirliyində müxtəlif vəzifələrdə işləyib. 1978-ci ildə İqtisadiyyat Nazirinin məsləhətçisi vəzifəsinə təyin olunub. 1993-cü ildə Fransa Bankının müdiri vəzifəsinə (ilkin müddət) və Dünya Bankının müdiri vəzifəsinə (1995-ci ilə qədər) təyin olunub. 1998-ci ildə AMB-in idarə heyəti üzvləri sırasına daxil olub. 1999-cu ildə ikinci dəfə Fransa Bankının müdiri vəzifəsinə seçilib. 2003-cü ildən Avropa Mərkəzi Bankının prezidentidir.




Jan-Pyer Rot – İsveçrə Milli Bankının sədri

 

Professional karyerasının böyük hissəsini Rot 1979-cu ildən başlayaraq İsveçrə Milli Bankında keçirib. İsveçrə Milli Bankının sədri vəzifəsinə 2001-ci ildə keçib. Bu vəzifədə Rot bir sıra əhəmiyyətli hadisələr yaşamalı oldu; yeganə Avropa valyutasının dövrüyyəyə daxil olması, 2001-ci il ABŞ-da baş verən terror hadisələrindən isveç frankının məzənnəsinin qalxması və həmçinin hazırda davam edən iqtisadi və maliyyə böhranının gedişatında likvidlik böhranı. Jan-Pyer Rot həmçinin beynəlxalq hesabat üzrə Bankın idarə heyətinin üzvü və İsveçrə tərəfindən Beynəlxalq Valyuta Fondunun rəhəbridir.


FaceBook

Daim Yenilənir




Inforex Sizə Azərbaycan dilində yeganə xəbər və analiz lentini təqdim edir. Valyuta bazarından informasiya, bankların və ekspertlərin rəyləri, gözlənilən hadisələrin təqvimi və digər faydalı bilgilər :

Bunların hamısı XÜSUSI səhifəmizdə cəmlənib.

Spredsiz Ticarət

Real mini hesabınıza ilk dəfə pul köçürəndə Siz $50 həcmində bonus əldə edəcəksiniz. Sonradan hər dəfə yeni köçürmə zamanı həmin məbləğin 5%-ı miqdarında bonus alacaqsınız. 

Beləliklə:

Faktiki olaraq, bütün spredləriniz əvvəlcədən ödənilmiş olur;

Hesabınızdan pul çıxarmaq üçün xərclər kompensasiya edilir.

Əlavə məlumat üçün şirkətimizə müraciət edin.

Azərbaycanda Yeganə

Forumda qaynar mövzular :


Sen də fikirini de və qazan!