Müdrik Fikirlər
Bütün peşəkar oyunçular – bəziləri tez, bəziləri gec, bəziləri isə müntəzəm şəkildə tam müflisləşmə ilə üzləşməli olurlar. Bunun səbəbi onların hətta udmaq ehtimalı şübhəli olanda belə, son qəpiyə kimi hər şeyi oyuna qoymalarındadır... Əslində elə həyatın özünə də spekulyasiyalar silsiləsi kimi yanaşmaq olar. Bu oyunlarda uğur qazanmaq üçün Siz ən azı altı amilin arasında tarazlıq yaratmalısınız: ilkin kapital, sövdələşmənin həcmi, komissiya xərcləri, oyunun özünün dəyişkənliyi, davamlığı və ondan nə zaman çıxmaq lazım gəldiyi.
“Birja spekulyantı universiteti”
Viktor Niderhoffer
Siz nə qədər ki, uğurlu əməliyyatları daha çox saxlamağı öyrənməmisiniz, böyük pullar qazana bilməyəcəksiniz. Uğurlu əməliyyatları nə qədər çox saxlasanız, mənfəət götürmək potensialınız da bir o qədər artacaq. Görülən işin növündən asılı olmayaraq, pul qazanmağı öyrənmək üçün vaxt tələb olunur.
Larri Vilyams
Əgər Siz sevdiyiniz işlə məşğul olsanız, bir gün olsun belə, başqalarına işləmək məcburiyyətində qalmayacaqsınız.
Ron Rubin
Mən israrla təkid edirəm ki, qiymətin arzuolunmaz hərəkətindən sığortalanmaq üçün stop-orderlərdən istifadə olunsun. Amma həmin “stop-loss” əmrini harada qoymaq lazım gəldiyini müəyyənləşdirmək böyük məharət tələb edir.
“Fyüçers bazarlarının texniki analizi”Con Merfi
Sorosun xoşladığı bir fikir var: “Əgər oyun alınmırsa, dərhal oyundan çıxın. İtkiləri dərhal qaytarmağa çalışmayın. Yeni oyuna başlayanda isə xırda-xırda başlayın”
“Soros. Dünyanın ən böyük investorunun həyatı, fəaliyyəti və işgüzar sirrləri”
Robert Sleyter
Sənin haqlı və ya haqsız olmağının heç bir mənası yoxdur. Önəmli olan yalnız budur ki, Sən haqlı olanda nə qədər qazanır, yanılanda isə nə qədər itirirsən.
Corc Soros
İşin “Yaxşı olacağına ümid et” hissəsinin öhdəsindən gəlmək çox asandır. Pis variantlara hazırlaşmaq isə psixoloji cəhətdən çətindir. Ona görə də, treyderlərin çoxu sadəcə olaraq, bu haqda düşünməməyə çalışırlar.
“Kapitalın riyazi idarəçiliyi”
Ralf Vins
İdman oyunlarının nəticəsinə pul qoymaqla qiymətli kağızlara investisiya yatırmağın arasında maraqlı bənzərlik var. Bunların hər ikisi üçün başlanğıc vəsait olmalıdır və hər ikisinin gətirəcəyi gəlir qeyri-müəyyəndir. Bundan başqa, yayılan xəbərlər dərhal hər iksinin qiymətinə təsir göstərir.
“İnvestisiyalar”
Uilyam F.Şarp
Siz birja oyununda ancaq o zaman uğur qazanmağa başlayacaqsınız ki, ona ciddi, intellektual iş kimi yanaşasınız. Emosiyalara əsaslanan oyun faciəli qurtarır.
“Birjada necə oynayır və udurlar”
Aleksandr Elder
Maliyyə bazarları özlüyündə real dünyadakı hadisələrdən xəbər verən qeyri-mükəmməl mexanizmlər kimi fəaliyyət göstərirlər. Həmişə əsas gözləntilər ilə hadisələrin real inkişafı arasında zidiyyətlər ortaya çıxır. Maliyyə sahəsində uğur qazana bilmək üçün real dünyadakı dəyişiklikləri proqnozlaşdırmaqdan daha çox, əsas gözləntiləri duymaq bacarığı tələb olunur.
“Maliyyə Kimyagərliyi”
Corc Soros
Bəzən ağıllı-başlı insanların necə məsləhət axtardıqlarını görmək çox məzəli olur. Məsləhət verənlər isə öz xidmətlərinin keyfiyyətindən narahat olmaya bilərlər – çünki axtaranların təkcə doğru və faydalı yox, istənilən məsləhətə ehtiyacı var. Əgər bu məsləhət uğur gətirərsə, lap yaxşı! Əgər gətirməsə, ümidlər növbəti məsləhətə bağlanacaq… Yarımçıq qələbələrin öyrətdiyi təcrübə məğlubiyyətin verdiyi dərsdən heç də az ibrətamiz deyil…
“Birja oyunçusunun xatirələri”
Edvin Lefevr
Əgər varlanmaq istəyirsənsə, risk etməyi bacarmalısan. İnvestor olmağı öyrən!
Robert Kiyosaki
Nəyisə düzgün etməyi öyrənməyim yollarından biri əvvəlcə onu yanlış etməkdir.
Cim Ron
Birinci qayda: Pul itirmə!
İkinci qayda: Heç vaxt birinci qaydanı unutma!.
Uorren Baffet
Daim Yenilənir

Bunların hamısı XÜSUSI səhifəmizdə cəmlənib.
Spredsiz Ticarət
Real mini hesabınıza ilk dəfə pul köçürəndə Siz $50 həcmində bonus əldə edəcəksiniz. Sonradan hər dəfə yeni köçürmə zamanı həmin məbləğin 5%-ı miqdarında bonus alacaqsınız.
Beləliklə:
Faktiki olaraq, bütün spredləriniz əvvəlcədən ödənilmiş olur;
Hesabınızdan pul çıxarmaq üçün xərclər kompensasiya edilir.
Əlavə məlumat üçün şirkətimizə müraciət edin.






