Inforex.Az Inforex.Ru ?onneee
 
Icq
Contacts
e-mail

Treyderlər haqda filmlər

Uoll-Strit ( 1987 )

4_

Gənc və iddialı broker Bad Foks (Çarli Şin) böyük pullara qovuşmaq və milyonçuların dünyasında yaşamaq istəyir. Bu yolda irəli gedə bilmək üçün o, həmin dünyanın “qurd”larından biri olan Qordon Qekkonun (Maykl Duqlas) komandasına düşməyə çalışır və buna nail də olur. Qekko özünün iblasənə xarizması ilə Foksu çox tex təsir altına salır. Qısa vaxtda onun əli böyük pullara çatır, Uoll-Stritdəki ofisdə ayrıca kabineti olur. Amma filmin şüarinda da deyildiyi kimi, «Every dream has a price» - hər arzunun qiyməti var! ...Açığını deyək: filmin finalı o qədər də uğurlu alınmayıb. Uoll-Stritdə hansı oyunların getdiyini görəndən sonra bu qədər sadəlövh happy-end-ə sadəcə olaraq, inanmaq istəmirsən. Amma əsərin əsasında duran ideya əbədi mövzulardan biridir: vicdan, ya sərvət? Bu yolla gedən hər kəs  gec-tez bir mənəvi dilemmanı  həll etməyə məhkumdur: Sən pul üçün nələrə hazırsan? Rejissor Oliver Stoun göstərməyə çalışır ki, Uoll-Stritdəki oyunların əksəriyyətini quranlar insan taleyinə tüpürmək belə istəmirlər. Amma Maykl Duqlas öz rolunu o qədər enerjili və parlaq oynayır ki, filmin əsas qəhrəmanı kimi Çarli Şin onun kölgəsindən çıxa bimir. Niyə? Bəlkə ona görə ki, pulun cazibəsi vicdanınkından qat-qat güclüdür? Ya bəlkə ona görə ki, filmə baxan hər kəs özünü Foksun yox, Qekkonun yerində görmək istərdi?  Hər halda, bu rola görə “Oskar”ı Duqlasa nahaqdan verməyiblər.

Yerdəyişmə ( 1983 )

4_

Gənc treyder Luis Uintropun (Den Ekroyd) demək olar ki,  hər şeyi var – Harvard diplomu, nüfuzlu işi, gözəl sevgilisi, evi və xidmətçisi. Amma günlərin birində onun müdiri, daha doğrusu, müdirləri -  Dyuk qardaşları belə bir eksperiment keçirmək istəyirlər: görəsən, bu savadlı oğlan küçəyə atılsa, onun yerinə isə küçədəki avaralardan biri gətirilsə, hadisələr necə inkişaf edər? Onlar 1 dollardan mərc gəlib, Uintropa tələ quraraq, onu  hər şeydən məhrum edirlər. Yerinə isə küçə fırıldaqçısı Billi Rey Valentaynı (Eddi Merfi) gətirirlər. Amma bu oyun 1 dollarla ötüşəcəkmi?..Sinopsisdən göründüyü kimi, rejissor Con Lendisin çəkdiyi bu film mahiyyətcə Mark Tvenin “Şahzadə və dilənçi”sini xatırladır. Komediya omasına baxmayaraq, burada kifayət qədər ciddi ideyalar da az deyil: maliyyə dünyasında hər şey necə də dəyişkəndir, talelər necə də sürüşkən ola bilər... Film bəzən az qalır ki, tragekomediya sərhədini keçsin, amma Lendis buna imkan vermir. O, yumorla satira arasındakı balansı çox düzgün qura bilib. Həm də buna görə film tipik “Amerika  komediya”sı janrının ən uğurlu nümunələrindən biri sayılır. Üstəlik, Ekroyd, Merfi və Ceymi Li Körtis burada ən yaxşı rollarından birini yaradıblar.

 

Yaxşı il ( 2006 )

4_

Maks Skinner (Rassel Krou)  London Fond Birjasının ən ağıllı, hiyləğər və eyni zamanda uğurlu oyunçularından biridir.  Necə ki, uşaq olanda babasını şahmatda udmaq üçün ona fırıldaq gəlirdi,  indi də birjada qazanmaq üçün rahatca həmkarlarına hiylə qura bilir. Və növbəti belə hiylələrdən birinin ardınca ona xəbər çatır ki, babası rəhmətə gedib, Provansdakı (Fransa) böyük şərabçılıq təsərrüfatı isə ona qalıb.  Birja oyunçusunun gedib Fransada  şərab çəkmək niyyəti yoxdur, o, həmin torpağı satıb, yenidən geri dönmək istəyir. Amma sən saydığını say...Bu film nə haqqındadır?.. Hiyləgərlik, torpaq, sevgi, təbiət, şərab?... Demək çətindir. Eyni zamanda həm bunların hamısı, həm də konkret olaraq heç biri. Amma faktdır ki, brutal filmlərin ustası olan Ridli Skott baxımlı melodrama yarada bilib. Hərçənd, “bu filmilə o, nə demək istəyib” sualına cavab vermək çəkindir. Skott hadisələri elə bir əda ilə göstərir ki, sanki tamaşaçıya söyləyir: “...Heç nədən narahat olmayın. Yüngülləşin. Mən bu işdən həzz alıram, siz də qoşulun”. Doğrudan da, filmin çəkilişi başa çatandan sonra, o, özünə Fransada böyük bir üzümlük almışdı...

FaceBook

Daim Yenilənir




Inforex Sizə Azərbaycan dilində yeganə xəbər və analiz lentini təqdim edir. Valyuta bazarından informasiya, bankların və ekspertlərin rəyləri, gözlənilən hadisələrin təqvimi və digər faydalı bilgilər :

Bunların hamısı XÜSUSI səhifəmizdə cəmlənib.

Spredsiz Ticarət

Real mini hesabınıza ilk dəfə pul köçürəndə Siz $50 həcmində bonus əldə edəcəksiniz. Sonradan hər dəfə yeni köçürmə zamanı həmin məbləğin 5%-ı miqdarında bonus alacaqsınız. 

Beləliklə:

Faktiki olaraq, bütün spredləriniz əvvəlcədən ödənilmiş olur;

Hesabınızdan pul çıxarmaq üçün xərclər kompensasiya edilir.

Əlavə məlumat üçün şirkətimizə müraciət edin.

Azərbaycanda Yeganə

Forumda qaynar mövzular :


Sen də fikirini de və qazan!