Qarşıdakı 10 ildə bitkoin və kriptovalyutalar ən çox yayılmış ödəniş vasitəsi olacaq. Bu nəticə London İmper kollecinin və eToro sosial investisiya platformasının araşdırmasına görə əldə edilib.
 
Araşdırmaçıların fikrincə, kriptovalyutaların yekdil qəbulu üçün onlar aşağıdakı funksiyaları həyata keçirməlidirlər: yığım və qorunmaq, mübadilə və hesablaşma vahidi.
 
Hesabatda bildirilir ki, iki kriteriyaya uyğunluq digər problemlərin həllini tələb edir.
 
«İlk elektron mətkub 1971 -ci ildə göndərilib, amma 30 il lazım olub ki, texnologiya hamı tərəfindən istifadə edilsin. İlk bitkoin tranzaksiyası 8 il bundan əvvəl həyata keçirilib, bu gün biz görürük ki, o artıq pullara qoyulan tələblərə uyğun gəlir. Əlbəttə müəyyən bçətinliklər var, amma onlar aradan qaldırıla bilənlərdir», — deyə eToro idarəedici direktoru İqbal Qəndam bildirir.
 
Qeyd edək ki,yeni texnologiyaların Avropada, Avstraliyada və ABŞ-da qəbul olunması ilə bağlı araşdırma aparan Ipsos şirkəti bildirir ki, blokçeynə maraq yaxın müddətdə iki dəfə güclənəcək.
bitco