Bitkoin nisbətən mövqelərini bərpa edir, Ripple inamla yuxarı irəliləyir

Həftənin son günündə bitkoinin kütləvi satışları nisbətən dayanıb, bitkoin nisbətən bərpa olunur. Cənubi Koreya maaliyyə nazirinin kriptovalyuta bazarlarının ölkədə fəaliyyətinin dayandırılmasına dair fikirlərə gətirdiyi açıqlamalar narahatlıqların bir az səngiməsinə səbəb olub.
Bu arada bitkoinin əsas rəqibləri inamla qalxışa davam edirlər, efirium  1,30% irəliləyərək $ 1235, bitkoin keş 3,80% irəliləyərək $ 2600,  Ripple – tam 19% qalxaraq $ 2,0 səviyyəsinə çatıb.

Coinmarketcap məlumat verir ki, kriptovalyutaların ümumi kapitalizasiyası $709.90 milyard olub, burada bitkoinin payı 34% təşkil edir.

itrader-coin-market-cap